ABŞ Rusiyanı Ukraynadan Avropaya qaz verilməsini tələb etdi

“...ABŞ hesab edir ki, Rusiya Ukraynadan Avropaya qaz tədarükünü artırmalıdır”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Amos Xoxşteyn, “Bloomberg”ə müsahibəsində, Qazprom -un oktyabr ayında Ukrayna ərazisindən əlavə qaz tranziti sifariş etməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

Amos Xoxşteyn Ukraynadan keçən qaz boru kəmərlərinin tutumunun Avropanı qazla təmin etmək üçün kifayət edəcəyini vurğulayıb. Bundan əlavə amerikalı siyasətçi Rusiyanın dəfələrlə “kifayət qədər qaz ehtiyatı” ilə bağlı səsləndirdiyi fikirləri onlara bir daha xatırladıb: “Buna görə də, bu doğrudursa, bunu mümkün qədər tez etməlidir”.

Xatırladaq ki, bir müddət əvvəl amerikalı məmur qışda Avropanın istilik üçün qaz olmaması səbəbindən dona biləcəyini proqnozlaşdırmışdı.

Xəbər verdiyimiz kimi, sentyabrın 15 -də Avropada qazın qiyməti tarixi zirvələri keçərək 970 dollara yüksəlib. Kiyev bunu Rusiyanın "Şimal axını-2" qaz kəmərinin ən qısa müddətdə işə salınması üçün Avropa Birliyinə qarşı yönəlmiş “şantajı” kimi qələmə veriri.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə