Pandemiyanın gözlənilməz nəticələri…

…dünyada mənzil bazarında kəskin böhran

Koronavirus pandemiyası mənzil bazarında kəskin ümumdünya böhranına səbəb olub. Bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Müəllif Alan Kroufordun sözlərinə görə, problemlər təkcə alqı-satqı sahəsinə deyil, həm də ev və mənzillərin icarəsinə də təsir edib.

"Biz bir çox insanların xərclərini ödəyə bilmədiyi üçün evlərini tərk etmək məcburiyyətində qaldıqlarını görürük. Bu, Berlin, London, Paris və Romaya təsir edib", – deyə Almaniya paytaxtının burqomistri Mixail Müller məqalədə bildirib.

Krouford qeyd edib ki, yaranmış vəziyyət pandemiya öncəsi müəyyən edilmiş aşağı faiz dərəcələrinin və COVID-19 nəticəsində baş verən dəyişikliklərin birləşməsinin nəticəsidir. Belə ki, yeni mənzillərin tikinti tempi aşağı düşüb, ailələr daha az xərcləməyə başlayıb və evlərinin satışa çıxarılması dayandırılıb.

Jurnalistin fikrincə, hökumətlər problemin optimal həllini tapa bilməyiblər və hakimiyyət əhali arasında gərginliyin dərəcəsini azaltmaq üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Belə ki, Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

Həmçinin Krouford bazarda vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara çox bənzədiyini də əlavə edib. Bir çox ölkələrdə daşınmaz əmlak bazarında "köpük" təhlükəsi ortaya çıxıb.(Sputnik Azərbaycan)


Bütün xəbərlər Facebook səhifəmizdə