Rusiya Baş nazirinin müavini: Bakı və İrəvan bölgədəki iqtisadi əlaqələri açmağa hazırdır - AÇIQLAMA

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının açılmasının region ölkələri arasında da ticarət dövriyyəsinin artmasına xidmət edəcəyini bildirib.

Yerevanda jurnalistlərlə görüşdə o, Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun görüşdüyünü və işlədiyini söyləyib.

"Tərəflər bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasında qərarlıdırlar. Hazırda Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələsi müzakirə olunur Nəqliyyat marşrutlarının sərbəst buraxılması, tikintisi, bərpası Ermənistanla Rusiya arasında da ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq", - Overçuk bildirib.

Əlavə edək ki, avqustun ortalarında üç ölkə liderlərinin razılaşmalarının həyata keçirilməsi üçün yaradılmış Rusiya, Ermənistan və Azərbaycan Qarabağ üzrə üçtərəfli işçi qrupu Moskvada işini bərpa edib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə