Gömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötüb

Bu ilin 8 ayında Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 6 milyon 835 mindən çox olub. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də yazıb.

"Təkcə “https://t.co/XjcoWSVqMs” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 3,5 milyon ədəd Elektron Ticarət Bəyannaməsi təqdim edilib", - deyə S.Mehdiyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...