Azərbaycanın gübrə idxalı kəskin azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 108 min 310 ton gübrə idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilmiş gübrənin dəyəri 34 milyon 995 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27 min 778 ton (54,1%) və 33 milyon 045 min ABŞ dolları (48,5%) azdır.

Hesabat dövründə gübrə idxalı Azərbaycanın ümumi idxalının 0, 48%-ini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə