İpək ixracından qazanc 15 dəfədən çox artırılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 15,6 min ABŞ dolları dəyərində ipək idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 min ABŞ dolları (2 dəfə) azdır.

Səkkiz ay ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 2,520 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,357 milyon ABŞ dolları (15,5 dəfə) çoxdur.

Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0%-ni, ixrac isə ümumi ixracın 0,02%-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...