“Nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı başlıca istiqamətlərdəndir” İQTİSADÇI ŞƏRH ETDİ
Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasl Prezidentinin Sərəncamı ölkədəki nəqliyyat infrastrukturunun inkişafında dövlət əsaslı vəsait qoyuluşunun xüsusi önəm kəsb etməsini bir daha sübut edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.
İqtisadçının sözlərinə görə, təbii ki, bu sərəncam müstəvisində köhnə avtomobil yollarının bərpa edilməsi, yeni avtomobil yollarının çəkilməsi, əhalinin sosial rifahına da ciddi şəkildə müsbət təsir edəcəkdir.
“Qeyd etmək lazımdır ki, bu gün təkrar istehsal zəncirinin mərkəzi həlqəsinin beynəlmiləlləşməsi prosesinə nəqliyyat, kommunikasiya infrastrukturunun inkişafı olduqca ciddi təsir göstərir və bu gün ölkələr arasında beynəlxalq ticarət yüksək fazadadır. Beynəlxalq ticarətin inkişafını isə şərtləndirən başlıca istiqamətlərdən biri təbii ki, nəqliyyat infrastrukturunun inkişaf etməsidir və sözügedən kontekstdə ölkələr müxtəlif rakurslardan iqtisadi dividend əldə edirlər.
Bəzi ölkələr tranzit ölkə kimi, nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyi üçün tranzit ölkə kimi ciddi mənfəət əldə edə bilirlər. Bəzi ölkələr nəqliyyat infrastrukturunun inkişafı nəticəsində öz əmtəələrini əsas partnyorlarına daha rahat bir şəkildə ixrac edə bildikləri üçün iqtisadi divident əldə edə bilirlər. Təbii ki, biz bu prosesi Azərbaycanın timsalında da görə bilərik. Azərbaycan Beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və ölkə başçısı, cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsində bu gün Azərbaycan həm beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində yerləşdiyi üçün tranzit ölkə kimi mənfəət əldə edir, həm də regional faktor çərçivəsində qonşu ölkələrin daha rahat ticarət mübadiləsini şərtləndirmək istiqaməti ilə regionda yüksək nəqliyyat işləri görməkdədir. Xüsusilə biz burada Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini göstərə bilərik. Bu region ölkələri arasında ticarət müqaviləsini inkişaf etditən faktorlardandır. Biz burada Zəngəzur dəhlizi məsələsini qeyd edə bilərik. Zəngəzur dəhlizi vasitəsi ilə qardaş Türkiyə öz əmtəələrini Mərkəzi Asiya ölkələrinə daha yaxşı bir istiqamətdə ixrac edə biləcək, nəqliyyat xərcləri azalacaq, Azərbaycan burada iqtisadi dividentlər əldə edə biləcək.
Həmçinin, qeyd etmək lazımdır ki, Mərkəzi Asiya ilə Avropa ölkələri arasında bu gün Azərbaycan tranzit bir ölkədir və təbii ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Avropa ölkələri öz məhsullarını Mərkəzi Asiya ölkələrinə, Mərkəzi Asiya ölkələri öz məhsullarını Avropa ölkələrinə rahat bir şəkildə ixrac edə biləcəklər. Xüsusilə, burada Çinin “Bir kəmər bir yol” layihəsini qeyd etmək lazımdır və bu önəmli faktorlardan biridir. Bu gün Çin öz “Bir kəmər bir yol” layihəsi ilə dünyada nəqliyyat dəhlizlərinin yeni bir fazasını, ticarətin yeni bir fazasını formalaşdırır. Təbii ki, Zəngəzur dəhlizinin açılması “Bir kəmər bir yol” layihəsi üçün alternativ bir yolun formalaşması deməkdir və bu isə o deməkdir ki, artıq Çin öz məhsullarını Avropa ölkələrinə daha sürətlə və iki istiqamətdə, həm Zəngəzur dəhlizi vasitəsi ilə, həm Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə rahat bir şəkildə ixrac edə biləcək. Bütün bu faktorlar çərçivəsində qeyd edə bilərik ki, nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı ölkələr arasında iqtisadi dayanıqlı inkişafı şərtləndirən başlıca istiqamətlərdən biri kimi götürülə bilər”, deyə Aslan Əzimzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB