"Yeni yollar avtomobilə qulluq xərclərinin azalmasına gətirib çıxarır” - EKSPERT AÇIQLADI
“Regionlarda, rayonlarımızda, ucqar kəndlərimizdə, ümumiyyətlə rayonlararası istifadə olunan yolların tikilməsi və yenidən qurulması işləri təkcə insanlar üçün deyil bilavasitə orada olan təsərrüfat subyektlərinin biznes sahələrinin inkişafına da öz töhfəsini vermiş olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, paytaxt ərazisində olan yoların yenidən qurulması bilavasitə daha çox orada olan sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi, ümumiyyətlə fəaliyyətin daha rahat şəkildə həyata keçirilməsinə xidmət edir: “Məhz bu səbəbdən də Xəzər rayonunda avtomobil yollarının yenidən qurulması ilə bağlı işlər gedir. Sadəcə bu işlərin daha yaxşı şəkildə davam etdirilməsi üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var idi ki, cənab Prezident də məhz bununla bağlı sərəncam imzaladı. Bu sərəncam da düşünürəm ki, Xəzər rayonu ərazisində pis vəziyyətdə olan, gediş-gəlişin çətin olduğu yollarda avtomobil nəqliyyatının hərəkətinin təmin edilməsi məqsədi daşıyır. Nəticə etibari ilə ilk baxışda bu sadəcə yol olaraq görünsə də, orada yaşayan və gündəlik işə gedib-gələn sakinlərin rahatçılığını təmin etmiş olacaq. Müəyyən mənada gözlə görünməsi mümkün olmasa belə, qəliz səslənsə belə amma müəyyən bir qisimdə xərclərin də azalmasına gətirib çıxarır. Məsələn bir il ərzində bir vətəndaşın dağılmış, çuxurlu yollarla maşın sürməsi maşının aparıcı detallarını sıradan çıxarmasına səbəb olur. Bu da bildiyimiz kimi əlavə xərc tələb edir. Ona görə də avtomobil nəqliyyatının rahat hərəkəti avtomobilə qulluq xərclərinin azalmasına gətirib çıxardır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB