“Fitch Ratings” Türkiyənin artım proqnozunu yüksəldir

Beynəlxalq reytinq agentliyi olan “Fitch Ratings” 2021 -ci il üçün Türkiyədəki iqtisadi artım proqnozunu 9,2 faizə yüksəldiyini bildirib. Qeyd edək ki, bu barədə Dünya İqtisadiyyatı Prospektləri Agentliyinin ötən gün dərc olunan sentyabr hesabatında deyilir.

Onu da qeyd edək ki, “Fitch Ratings” avqust ayında Türkiyənin iqtisadi artım proqnozunu 6,3 faizdən 7,9 faizə qaldırmışdı. Agentlik hesabatında pandemiya böhranından sağalma davam edərsə, 2021 -ci ildə artımın təxminən son 10 ildə ən yüksək olacağını da istisna etməmişdi.

Bununla yanaşı, “Fitch Ratings” Türkiyədəki iqtisadi artım tempinin ilin ikinci yarısında da aparıcı göstəricilərdə və hərəkətlilik indekslərində davam edəcəyini etiraf etmişdi.

Agentlik, Türkiyənin ümumi daxili məhsul (ÜDM) artımının 2022 -ci ildə 3,5 faizə qədər yavaşlayacağını, ancaq 2023 -cü ildə 4,5 ə yüksələcəyini təxmin edir.

Hesabatda həmçinin, inflyasiyanın 2021 -ci ildə 17,2, 2022 -ci ildə 13,4, 2023 -cü ildə isə 10,5 faiz olacağı bildirilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə