Dünya Bankı "Doing Business" hesabatından imtina etdi

Dünya Bankı artıq fərqli ölkələrdə biznesin aparılması şəraiti ilə bağlı illik "Doing Business" hesabatını dərc etməyəcək.

SİA Trend-in məlumatına istinad edərək, bu barədə Dünya Bankının rəsmi açıqlamasında deyildiyini bildirir.

Açıqlamada bildirilir: "Doing Business" barəsində olan bütün məlumatları, o cümlədən keçmiş icmalların, auditlərin və Dünya Bankının bu gün Direktorlar Şurası adından təqdim etdiyi hesabatı nəzərdən keçirdik və Dünya Bankı Qrupunun rəhbərliyi olaraq bu hesabatların hazırlanmasına və dərcinə son qoymağa qərar verdik".

Qeyd edilir ki, bundan sonra iş və investisiya vəziyyətinin qiymətləndirilməsi üçün yeni üsul üzərində işləyəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə