Avropada qaz min kubmetr üçün 796 dollara düşüb

ICE London birjasının məlumatlarına görə, Avropada qazın qiyməti təxminən 970 dollara çatdıqdan sonra min kubmetr üçün 800 dollardan aşağı düşüb.

Hollandiyadakı TTF mərkəzinin oktyabr fyuçers müqaviləsinin dəyəri isə min kubmetr üçün 796 dollara enib. Xatırladaq ki, bugünkü ticarət zamanı qazın qiyməti 1000 kubmetr üçün 964 dollara çatdı ki, bu, tarixi rekord olub.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə