“İqtisadiyyatımızı gücləndirmək istəyirik...”

Ukrayna ABŞ-a azad ticarət zonası haqqında müqavilə bağlamağı təklif edib
“İqtisadiyyatımızı gücləndirmək istəyirik...”

Ukraynanın ictimai “ICTV” telekanalı xəbər verir ki, Ukrayna ABŞ-a azad ticarət zonası haqqında müqavilə bağlamağı təklif edib. Qeyd edək ki, bu məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“İqtisadiyyatımızı gücləndirmək istəyirik. Hamımız başa düşürük ki, mübarizə aparmaq üçün pula ehtiyacınız var və onu qazanmalıyıq. Güclü iqtisadiyyatınız olduğu zaman ehtiyatlar yaradıb və sonradan bu ehtiyatları ölkənin müdafiəsinə xərcləməliyik”-deyə Kuleba bildirib.

Nazir Kiyevin Ukrayna vətəndaşları üçün ABŞ-a vizasız gediş-gəliş rejiminin əldə edilməsi üçün məsələ qaldırdığını da bildirib.

Kuleba daha sonra əlavə edib ki, Kanada ilə də, İngiltərə ilə bu məsələlərdə artıq irəliləyişlər əldə edilib deyən nazir, bu ölkələrin siyasətinin çox mühafizəkar olmsına baxmayaraq, artıq kiçik addımlar siyasəti edildiyini də bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə