Qərbdən alınan ticarət məlumatlarına görə, Avropa fyuçers bazarında səhər ticarətində qazın qiyməti min kubmetr üçün 650 dolları keçib.
SİA bu barədə Rusiya mətbuatına istinad edir.
Beləliklə, Hollandiyadakı TTF mərkəzinin oktyabr fyuçers müqaviləsinin dəyəri min kubmetr üçün 654,1 dollara çatıb. Hazırkı dəqiqələrdə qiymət artımı bir qədər yavaşlasa da, amma Avropada min kubmetr qaz üçün dəyər təxminən 650 dollar olaraq qalmaqdadır.
Xatırladaq ki, bir qədər əvvəl “Qazprom” departamentinin rəhbəri Aleksandr İvannikov Avropada qazın qiymətinin yaxın gələcəkdə indiki səviyyədə qalacağını bildirmişdi.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB