Minik avtomobillərinin qiyməti artır - RUSİYADA

Bu ilin yanvar-iyun aylarında Rusiyada yeni minik avtomobillərinin qiymətlərində təqribən 12,5 faiz artım olub.

Qeyd edək ki, SİA bu barədə ”Autostat” analitik agentliyinə istinad edir.

Bildirək ki, bu qiymət artımı təkcə Rusiyadakı yerli avtomobillərə deyil, ölkəyə xaricdən gətirilən avtomobillərə də şamil edilməlidir. Belə ki, bu artım gətirilən xarici avtomobilin çəkisindən asılı olaraq, 14,4 faizlə 11,6 faiz arasındadır.

Xatırladaq ki, maşınların qiymət artımı ilə bağlı dediklərimiz Rusiya üçün elə də bir yenilik kimi qəbul edilməməlidir. Məsələn, “Rus Avtomobil Satıcıları” Birliyi bu ilin əvvəlindən etibarən ölkədə avtomobillərin qiymətlərinin orta hesabla 7-10 faiz artdığını bildirir.

Birlik əməkdaşının dediyinə görə, ilin əvvəlindən bəri qiymət artımı bəzi modellər və markalar üçün artıq 7-10 faiz və ya daha çox səviyyəyə çatıb.

Qeyd edək ki, iyulun sonunda “RIA Novosti”yə müsahibə verən dilerlər Rusiyada avtomobil qiymətlərinin 2021-ci ilin üçüncü rübündə orta hesabla 1-5 faiz də artacağını proqnozlaşdırırlar. Bəziləri isə bu artımın marka və modeldən asılı olaraq bir ilə üç arasında olacağını istisna etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə