Banklarda dolların alış-satışı qadağan olunur? - İQTİSADÇI AÇIQLADI

Banklarda dolların alış-satışı qadağan olunur? - İQTİSADÇI AÇIQLADI

“Banklarda dolların alışı və satışına müəyyən məhdudiyyətlərin və ya hər hansı bir limitin qoyulması ilə bağlı tez-tez narahatçılıqlar olur. Amma hal-hazırda belə bir narazıçılıq yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, banklarda dolların alışı və satışına hər hansı bir limit, məhdudiyyət qoyularsa, bu qara bazarda qiymətlərin artmasına, insanlar arasında ajiotajın, növbəti devalivasiyanın baş verə bilməsinə gətirib çıxaracaqdır: “Bu da qara bazarın canlanmasına səbəb olacaq. Beləcə insanlar əlində olan Azərbaycan manatını sürətli şəkildə dollarla dəyişdirməyə çalışacaq. Bununla bağlı hər hansı bir qərar verərkən çox həssaslıqla davranmaq, düşünmək lazımdır. Dolların alışı və satışına müəyyən məhdudiyyətlərin və ya limitin qoyulması çox önəmli strateji məsələdir”.

Asif İbrahimov həmçinin qeyd edib ki, dolların alışı və satışına məhdudiyyətlərin və ya limitin qoyulması məsələsi ilə xüsusilə ciddi davranmaq lazımdır: “Azərbaycanda növbəti devalivasiyanın hazırki ilin sentyabr-oktyabr ayına qədər baş verə biləcəyi ehtimalına inanmıram. Proqnozlara görə, bu qiymətlər stabil olaraq qalacaqdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə