Neftin qiyməti 2 dollar azalıb

İyunun 2-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan qiyməti 2 dollar azalaraq 114,53 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 2.41 dollar azalaraq 100.29 dollar olub. Urals nefti – 110,97 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 117,17 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə