Yol infrastrukturunun yaxşılaşdırılması iqtisadi subyektlərin səmərələliyinə dəlalət edir - DEPUTAT MÖVQEYİ
"Azərbaycanda 2003-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi yol insfrastrukturunun da yaxşılaşdırılmasına dair çox mühüm addımlar atılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, bir tərəfdən dövlət büdcəsindən əhəmiyyətli dərəcədə maliyyə vəsaiti ayrılır, digər tərəfdən də yolların keyfiyyətinin yaxşılaşdırılmasına dair artıq əməli proyektlər həyata keçirilir: “Bütün bunların nəticəsidir ki, beynəlxalq standartlarda da Azərbaycanda yol infrsartrukturuna dair indekslərdə qabacıl yerlərdə mövqe tutub. Yol infrastrukturunun yaxşılaşdırılması həmçinin iqtisadi subyektlərin də açılmasına və səmərələliyinə dəlalət edir”.
M.Əfəndiyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə Şuşaya Zəfər, Ağdama isə yeni yolun çəkilməsi, həmçinin Salyan-Neftçala magistralının Kür Qaraqaşlı-Beştalı-Cəngan-Xocalı-Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolunun çəkilməsi yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək: “Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafı ilə yanaşı, həmin ərazilərdə yaşayan insanların rifahının yaxşılaşdırılmasına xidmət edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB