ARDNŞ 2011-ci il üçün xam neftin ixracının statistik göstəricilərini açıqlayıb
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin may ayında Novorossiysk limanından 209 min 274 ton, Supsa limanından 242 min 478 ton, Çeyhan limanından 1 milyon 906 min 393 ton xam neft ixrac edib. SİA-nın socar.az -a istinadən verdiyi xəbərə görə ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 920 min 131 ton, Supsa limanından 1 milyon 184 min 879 ton, Ceyhan limanından isə 9 milyon 746 min 828 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. Eləcə də, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin may ayında 9 min 698 ton avtomobil benzini, 102 min 516 ton dizel yanacağı, 4 min 784 ton təyyarə yanacağı, 1 min 161 ton soba mazutu ixrac edib. Ümumilikdə, 2011-ci ilin yanvar-may ayları ərzində 34 min 946 ton avtomobil benzini, 522 min 382 ton dizel yanacağı, 39 min 42 ton təyyarə yanacağı, 3 min 557 ton soba mazutu ixrac edilmişdir. 2011-ci ilin aprel ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 1042,36 dollar, təyyarə yanacağının - 1005,60 dollar, dizel yanacağının - 912,95 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 645,93 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB