Əli Əlirzayev: “Ölkəmizin iqtisadi inkişafında mühüm amillərdən biri regionda yaşayan əhalinin rifahının inkişaf etməsidir” - MÜSAHİBƏ (SƏS TV)

Əli Əlirzayev: “Ölkəmizin iqtisadi inkişafında mühüm amillərdən biri regionda yaşayan əhalinin rifahının inkişaf etməsidir” - MÜSAHİBƏ (SƏS TV)
İqtisad elmləri doktoru, professor Əli Əlirzayevin SəsTV-yə müsahibəsi


- Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişiklik etdi. Bu dəyişiklik əhalinin rifah halının yaxşılamasına necə göstərəcək?


- Büdcəyə olan dəyişiklik Azərbaycanda neft gəlirlərindən olan vəsaitlərin artımı ilə bağlıdır. Bu zəruri bir prosesdir. Büdcə sistemi haqqında qanun var və bu qanuna görə hər ilin may ayında ötən illin büdcəsi müzakirə və təsdiq olunduqdan sonra yeni büdcəyə hər hansı bir dəyişiklik edilir. Bu il də bu proses həyata keçirildi və 2011-ci ilin büdcəsinə dəyişiklik edildi. Bu dəyişiklik artımla bağlıdır.

Büdcədə böyük artım var və artıq büdcəmizin gəlirlər hissəsi 20 milyarda çatıb. 3,5-4 milyarda yaxını vəsait təkcə bu ildə olan artımdır. Bu gəlirlərin də xərclənməsi vacib və lazımdır. Əgər Respublikaya pul gəlirsə, bu puldan düzgün istifadə etməyin özü də bir proses, öhdəlikdir. Lakin onun hara xərclənməsi ölkə qarşısında duran prioritetlərdən asılıdır. Bu gün Azərbaycan iqtisadiyyatında iqtisadi artımla yanaşı, əhalinin rifah halının yaxşılaşdırılmasında, pensiya islahatlarında, pensiya təminatında müəyyən problemlər var. Hazırda ölkə prezidentinin sərəncamı ilə yeni pensiya sisteminə keçirilir. Ona görə də büdcəyə əlavə edilən vəsaitlərin xərclənməsində müəyyən prioritetlər var ki, bura infrostrukturun və digər sahələrin inkişafı daxildir. Lakin burada dəyişiklilərin əsas hissəsini sosial yönümlü xərclər təşkil edir ki, bu xərclərə əmək, pensiya, büdcədən maliyyələşən təşkilatların məvaciblərinin artırılması daxildir.


- Əmək Məcəlləsinə dəyişiklik edildikdən sonra yaş həddinin 65 yaş müəyyən edilməsi mütəxəssislərin azalamasına gətirib çıxarmayacaqmı?

- Ümumiyyətlə, yaş həddinə görə işdən azad olmaq və yaxud da pensiyaya çıxmaq çox mürəkkəb prosesdir. Bildiyimiz kimi indi Azərbaycanda orta yaş həddi kriteriyası 75 yaşa qədər götürülür. Bu pensiyaya çıxıdıqdan sonra 12 il müddətinə hesablanır. Bundan yuxarı yaşayanlar var ki, onlar da dövlət, pensiya fondunun hesabına maliyyələşdirilir. Yaş həddinin azaldılması gəncləşmə siyasətidir. Azərbaycanda gəncləşmə siyasəti ən prioritet istiqamətlərdən biridir. Amma gənclərlə bərabər bu müəssisələrdə elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində işləyənlərin sayı çoxdur. Əgər onların hamısı işdən çıxarılsa və ya pensiyaya yönəldilərsə, o zaman həmin şəxslərin məvacibləri elə məbləği elə olmalıdır ki, onların yaşayışına mənfi təsir etməsin. Heç olmasa indiyə qədər aldığı məvacibin 80 faizini ala bilsin. Məsələyə baxılıb, lakin prezident tərəfindən təsdiqlənməyib. Əgər bu yaş həddi götürülürsə, 65-dən sonra 5 il müddətinə yəni 70 yaşına qədər əgər o vacib bir mütəxəssisdirsə müvafiq icra orqanlarının sərəncamı ilə ildə bir dəfə müqavilə bağlamaqla onu işdə saxlamaq olar. Lakin mən bunu düzgün hesab etmirəm. Belə olan halda insan həmin icra orqanından asılı olacaq. Əgər biz korrupsiyaya qarşı mübarizə aparırıqsa, buna yol verə bilmərik. Əgər bu məsələdə icra oqranlarına səlahiyət veririksə, o zaman həmin icra orqanı 65 yaşından sonra 5 il müddətində kimi istəsə işdən çıxara, kimi istəsə saxlaya bilərş. O zaman bu, işçilər arasında narazılığa səbəb olacaq.
Bu qanunda boşluqdur. Həm də qanunda icra orqanlarına belə səlahiyyət verilməməlidir. Qanun hamıya şamil olunmalıdır. Əgər qanun qəbul olunursa o zaman hamı 65 yaşında işdən çıxmalıdır.
Gənclərə yer vermək olar, lakin gənclər də o prosesi öyrənməlidirlər. Lakin bunun üçün vaxt lazımdır. Bu müddət ərzində həmin sahədə müəyyən boşluqlar, geriliklər ola bilər.


- Ölkə başçısı İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində sərəncamı var. Necə düşünürsüz bu sərəncamlar əhalinin yaşayı səviyyəsinin artımına necə təsir edəcək?


- Ölkəmizin iqtisadi potensialının 50 faizi regionlarda yerləşir. Necə ola bilər ki, emal, kənd təsərrüfatı sənayesinin 70 faizi Bakıda yerləşsin, lakin regionlarda yerləşməsin. O zaman əhalinin regionlardan kəndlərdən şəhərə axının prosesi intensivləşər, balans pozular. Ölkəmizin iqtisadi inkişafında mühüm amillərdən biri regionda yaşayan əhalinin rifahının inkişaf etməsidir. Ona görə də ölkə başçısı ayrı-ayrı regionların sosial-iqtisadi inkişaf proqramlarını təsdiq edib. Ola bilməz ki, bu gün Azərbaycanın iqtisadi artımı, ÜDM artsın onun strukturunda dəyişiklik edilməsin. Hər bir regionun o cümlədən kənd, rayon və qəsəbələrin inkişafı mühüm məsələdir. Kəndin problemi orada iş yerləri infrostruktur problemləri ilə təhsil səhiyyə ilə bağlıdır. Bütün regionlarda bərabərlilik, inkişaf olmalıdır. Buna dair aparılan siyasət düzgündür. Ölkə iqtisadiyyatının ən prioritet istiqamətlərindən biri məhz ayrı-ayrı regionların sosial iqtisadi inkişafıdır. Lakin bu iş vəsait tələb edir. Bu təkcə dövlət səviyyəsində deyil ayrı-ayrı şirkətlər səviyyəsində həyata keçməli, mülkiyyət münasibətləri təkmilləşməlidir ki, regionlara kapital qoyan investorların sayı artsın.

Bütün xəbərlər Facebook səhifəmizdə