Səlim Müslümov: “Pensiyaçıların staj məlumatlarının dəqiqləşdirilməsi prosesi bu ilin iyul ayının sonunadək yekunlaşdırılacaq”

Səlim Müslümov: “Pensiyaçıların staj məlumatlarının dəqiqləşdirilməsi prosesi bu ilin iyul ayının sonunadək yekunlaşdırılacaq”

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzləşdirilmiş arxivindəki və avtomatlaşdırılmış bazasındakı pensiya göstəriciləri tutuşdurulacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Səlim Müslümov deyib.

O,qeyd edib ki, DSMF-də mövcud avtomatlaşdırılmış pensiyaçıların bazasında hər bir pensiyaçı üzrə məlumatların olmasına rəğmən, 2006-cı ilə qədər olan dövrü üzrə staj əsasında hesablamaya keçildiyi və hər bir pensiyaçının 2006-cı ilə qədər olan pensiya kapitalının məbləği stajжт illərindən asılı olduğu üçün bu prosesə fərdi qaydada baxmağa ehtiyac var: "Göstəricilərdə fərqlər ortaya çıxarsa, bu, aradan qaldırılacaq. Hazırda bu proses gedir. DSMF-nin mərkəzi binasında 50 nəfərlik heyət çalışır. Artıq demək olar ki, Bakının rayonlarını və Abşeronu yekunlaşdırmışıq, Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi gedir. Sonra isə ölkənin digər rayonlarında yaşayan pensiyaçılarımız üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçiriləcək".

DSMF sədri eyni zamanda prosesin bu ilin iyul ayının sonunadək yekunlaşdırılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə