Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İvana Fernandes Duarteni Cənubi Qafqaz üçün yeni Regional Menecer vəzifəsinə təyin edib.
SİA quruma istinadən bildirir ki, IFC-nin Tbilisi ofisindən o, Ermənistan, Azərbaycan və Gürcüstanda əməliyyatları idarə edəcək.
İvana Fernandes Duarte IFC-nin Qərbi Avropa ölkələri üzrə menecer vəzifəsinə təyin olunmuş Yan van Bilsen və son bir neçə ayda Regional menecer vəzifəsini icra edən İFC-nin Avropa və Mərkəzi Asiya Əməliyyatları üzrə rəhbəri Cesper Kyaerini əvəzləyib.
Slovakiyalı Fernandes Duarte IFC-yə beynəlxalq maliyyə sahəsində 20 ildən çox təcrübəsi ilə qatılır. Avropa Yenidənqurma və İnkişaf Bankında və "Citigroup"da müxtəlif vəzifələrdə çalışmışdır. Bu vəzifələri tutarkən o, özəl infrastrukturun inkişafı və maliyyələşdirilməsinə, eləcə də müxtəlif sektorlar üzrə ölkə idarəçiliyinə diqqət yetirmişdir. İnkişafın maliyyələşdirilməsi üzrə fəaliyyətdən əvvəl İ.Duarte layihələrin maliyyələşdirilməsi və inkişaf etməkdə olan bazarlarda investisiya bankçılığı sahəsində işləyib.
Fernandes Duarte karyerasına Slovakiya Baş Naziri aparatında başlayıb. İspaniyanın Barselona şəhərindəki IESE Business Məktəbdə MBA və Slovakiya İqtisad Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsini alıb.
IFC-nin Cənubi Qafqaz üzrə yeni Regional Meneceri Fernandes Duarte təyinatı ilə bağlı deyib: “Pandemiya artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə IFC-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaq. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələri davam etməyi planlaşdırırıq.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB