Azad İstehlakçılar Birliyi duz bazarında monitorinqə başayır-TƏDBİR

Azad İstehlakçılar Birliyi duz bazarında monitorinqə başayır-TƏDBİR

Bu gün Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mətbuat konfransı keçirib. SİA xəbər verir ki, konfransda E.Hüseynov ölkədə hələ də yodlaşdırılmamış duzların satıldığı barədə danışıb.

Tədbirdə qeyd olunub ki, uzun illər Azərbaycanda istehlakçıların orqanizmində yod çatışmamazlığı olub. Ölü körpə doğulması, iş qabiliyyətinin, immun sisteminin zəifləməsi, zob xəstəlikləri ilə özünü biruzə verən bu amil Azərbaycanda hətta SSRİ vaxtında da aradan götürülməmişdi. Çünki Masazır duz gölü ucuz duz mənbəyi olaraq bazara duz çıxarılmasına səbəb olub, əhalimiz əsrlərlə bu bəladan xilas ola bilməyib. UNİSEF-in Azərbaycan nümayəndəliyinin, Səhiyyə Nazirliyinin, bir çox QHT-lərin, o cümlədən AİB-in səyi nəticəsində beynəlxalq təşkilatlar tərəfindən gündəmə gətirilən bu problemə ictimai dəstək verilib. AİB-in 21 mindən çox könüllülər şəbəkəsi, 30 rayon nümayəndəliyi bu problemin həllinə qoşulub, ailələrdə, marketlərdə çoxsaylı monitorinqlər keçirilib, hökümətə, biznes qurumlarına təkliflər verilib. Bazarın yodsuz, təmizlənməyən, təhlükəli duzdan azad olunması üçün Masazır duz gölünün istismar olunması əsas məsələ olaraq qarşıya qoyulub. 21.07.2010-cu il tarixdə "Azərduz" mal nişanı ilə duz istehsal edən Masazır duz zavodunun açılışı olub. Bu vaxta qədər beynəlxalq təşkilatların, Səhiyyə Nazirliyinin və AİB-in birgə işi nəticəsində 2011-ci ildəki vəziyyət, yəni yodlu duzun satışı vəziyyəti yaxşılaşdırılaraq 25 faizdən 85 faizə çatdırılıb. 2001-ci ildə qəbul olunmuş "yod çatışmamazlığı xəstəliklərinin kütləvi praflaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsində ölkədə yodsuz duzun hətta heyvanlara verilməsi məqsədilə satışı, idxalı qadağan olunsa da, bu gün tam yodlaşdırılmış, bütün arzuolunmaz kimyəvi elementləri təmizlənmiş "Azərduz" mal nişanlı duzlarla bərabər, yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablara qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və Respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, təhlükəli duzlardan istifadə olunur.

AİB bütün Azərbaycan istehlakçılarına müraciət edərək yodsuz, mənşəyi bilinməyən duzlardan imtina etməsinə çağırır.

Qeyd edək ki, manitorinqlərin nəticələri ayın sonunda açıqlanacaq və AİB-in veb səhifəsində yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə