Yunanıstana ümid işığı

Almaniya Yunanıstana yardım paketini dəstəkləyib. SİA-nın "Wall Street Journal"-a istinadən verdiyi məlumatına görə, Almaniyanın borc içində olan ölkələrdən Yunanıstana Avropa Birliyinin yardım ayırmasını dəstəklədiyi bildirilib. Bu xəbərdən sonra Avropa birjalarında avro dollara nisbətən yüksəlməyə başlayıb. Beləliklə, Avropa birjalarında avro dollara nisbətən 2% artıb.

Bununla da avro son üç ayda dəyərinin ən yüksək həddinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə