“Rusiya və Çinin dollardan imtina etməsi qorxulu deyil…”

Hər şeydən əvvəl qeyd edək ki, neçə müddətdən bəri, hələlik, reallaşmasa da, Rusiya Amerika rəsmilərinə qarşı əks sanksiya kimi, onun milli valyutasından-yəni dollardan imtina edəcəyini bəyan etməkdədir. Təbii ki, rusların amerikalılara qarşı sərgilədikləri bu “hədə”, hələlik, reallaşmasa da, amma bu günlərdə Konqresdəki çıxışı zamanı ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cer Pouell Rusiya və ya ÇXR-nin dollardan istifadə etməkdən imtina etməsinin Amerikanı heç bir şəkildə təhdid etməyəcəyini bildirib.

Onun sözlərinə görə, bu ABŞ üçün elə də bir problem olaraq “düşünülmür”.

Dolların dünyanın ehtiyat valyutası olduğunu, “onunla heç bir valyutanın müqayisə edilməyəcəyini” deyən Pouell, bu vəziyyətin yaxın gələcəkdə dəyişməyəcəyini də istisna etməyib.

Sistem rəhbərinin sözlərinə görə, ABŞ-dakı aşağı inflyasiya, açıq bazarlar və işləyən demokratik qurumlar sayəsində dolların sabitliyi təmin olunmaqda davam edəcək.

Xatırladaq ki, Rusiyada “dollardan imtina” ötən il hökumətin yuan və Çin dövlət istiqrazlarına sərmayə qoymasına icazə verdikdən sonra başlayıb ki, sonradan onlara yapon yenisi əlavə edilib. Daha sonra, Rusiya prezidenti Vladimir Putin, Rusiyanın dollardan tamamilə imtina etməyəcəyini söyləsə də, lakin ABŞ sanksiyaları onu milli iqtisadiyyatda payını azaltmağa məcbur edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə