Azərbaycan mallarının daha çox ixrac olunduğu ölkə Rusiyadır

Cari ilin yanvar-may aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 291,3 milyon ABŞ dolları, Ukraynaya 195,9 milyon dollar, Belarusa isə 125,1 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə