“Təhlükəsizlik alətlərinin istifadəsi, hüquqların qorunması vacibdir” İQTİSADÇI ŞƏRH ETDİ
Nağdsız hesablaşmalarda təhlükəsizliyin qorunması və təhlükəsizlik qaydalarına əməl edilməsi çox vacibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
İqtisadçı ekspertin sözlərinə görə, bu baxımdan bir tərəfdən həm Mərkəzi Bank tərəfindən təhlükəsizliyin qorunması ilə bağlı texnologiyanın təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin intensivləşdirilməsi məqsədə uyğun olardı, çünki, nəticə etibarı ilə bütövlükdə bank sektorunda nağdsız hesablaşmalarda təhlükəsizlik qaydalarının qorunması həm də birmənalı şəkildə məhz təhlükəsizlik sisteminin formalaşmasıdır.
“Xüsusən də nəzərə alaq ki, artıq bu gün dünyada alternativ olaraq “blok chance” əməliyyatlarından istifadə olunur. Nəticə etibarı ilə “blok chance” texnolojiyasının istifadəsi ondan xəbər verir ki, növbəti mərhələdə biz praktik olaraq, artıq yeni texnologiyanın tətbiqini müşahidə edəcəyik. O baxımdan məhz təhlükəsizlik alətlərinin daha çox istifadə olunması və vətəndaşların bu istiqamətdə hüquqlarının daha dərindən qorunması vacibdir. Eyni zamanda təbii ki, maarifləndirməyə ehtiyac var.
Vətəndaşlarımızın plastik kartlardan istifadə etdiyi zaman xüsusən diqqət etməli məqamları var. Birincisi internet səhifəyə daxil olan zaman, həmin internet səhifənin təhlükəsiz olub-olmamasının yoxlanmasına ehtiyac duyulur. Çünki, bəzi hallarda elə internet səhifənin üzərində, həmin səhifəyə daxil olan zaman qeyd olunur ki, səhifə təhlükəsiz deyil. Həmin səhifələridən ödnişlərin edilməsi və ümumiyyətlə istifadə olunması arzu olunmayandır. Digər tərəfdən, yalançı saytlardan istifadə olunması, xüsusən də feyk saytlar var ki, bunlardan vətəndaşların istifadə etməməsi təbii ki, məqsədəuyğundur. Vətəndaş diqqətli və əmin olmalıdır ki, alış-veriş etdiyi sayt feyk sayt deyil.
Plastik kartlardan istifadə zamanı məlumatların üçüncü şəxsə ötürülməməsinə ehtiyac var. Çünki, bəzi hallarda vətəndaş plastik kartlarla bağlı, məsələn, kartın pin kodunu və digər məlumatlarını başqa şəxslərə bəzən təqdim edir, hətta plastik kartdan onun əvəzinə vəsait çıxarılmasını belə xaiş edir. Bu isə həmin məlumatların artıq yayılmasına və təbii ki, vəsaitlərin bir sıra hallarda hesablardan çəkilməsinə səbəb olur. Bu baxımdan Mərkəzi Bank tərəfindən təhlükəsizlik texnologiyasının gücləndirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsi, eyni zamanda vətəndaşlarımızın da ödənişlər edən zaman təhlükəsizlik qaydalarını diqqətdə saxlaması çox vacibdir”, deyə Vüqar Bayramov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB