Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 16-da 76,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur. Bu barədə SİA xəbər verir.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə