Şirin suya olan tələbatı necə ödəməli? - İqtisadçıdan MARAQLI TƏKLİF

Şirin suya olan tələbatı necə ödəməli? - İqtisadçıdan MARAQLI TƏKLİF

Havanın temperaturu artıqca suya olan təlabat artır, suyun verilmsində fasilələr çoxalır. Demək olar ki, əksər ölkələrdə isti havalarda bu problem yaşanır. Amma bəzi ölkələr bu problemi daha rahat, bəziləri çətin həll edə bilir. Amma elə ölkələr də var ki, heç cür bu problemin öhdəsindən gələ bilmir. Bu problemlər həll edilməz səviyyə çatdıqda isə içməli suyun satış qiymətində yüksəlmələr qaçılmaz olur. Buna görə də suyun fasilələrlə verilmə prosesi çoxaldıqca qiymət artımı məsələsi gündəmə gəlir.

Bəs görəsən, su qıtlığı şəraitində bahalaşma ola bilərmi?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu il bir dəfə qiymət artımı yaşandığından ikinci dəfə təkrarlanma real görünmür. Bu ilin əvvəlində də bahalaşmanın səbəbi “Azərsu”nun dövlət büdcəsindən asılılğının azaldılması, xərclərini nisbətən qarşılya bilməsi idi. Amma suyun qiymətinin qalxması ilə iş bitmir.

Azərbaycanın su təsərrüfatının və bu sistemdə idarəetmə prinsiplərində dəyişikliyin olmayacağı təqdirdə yenidən su problemi qaçılmaz olacaq: "Ümid edirəm ki, yeni idarə etmə prinsipləri, yeni şərtlər, qərarlar, idarəçilik siyasəti və su təchizatı sistemində olacaq dəyişikliklər probblemlərin həllində köklü rol oyanaya biləcək. Çünki, yalnız suyun qiymətini qaldırmaqla bu problem həll oluna bilməz, idarəçilik və su-təchizat məsələsində problemlər həll olunmazsa, hazırkı qalxmış qiymət problemin həllinə kifayət etməyəcək".

Ekspert bildirib ki, su çatışmazlığının əsas şirin suyun qeyri-bərabər paylanılması, qlobal istiləşmə, bu səbəbdən buxarlanma səviyyəsinin yuxarı olması, su mənbələrinin çirklənməsi, su ehtiyatlarının zəif saxlanılması və s. kimi hallardır ki, bunlara qarşı mübarizə daha geniş miqyaslı olmalıdır: "Ən birinci isə kənd təssərrüfatında itkilərə ciddi fikir verilməlidir, nəinki vətəndaşı su kranını daha tez bağlamağa təşviq etməyə. Çünki, min vətəndaşın su kranını gec bağlaması bir sahibkarın suyu boşuna axıtmasından daha az zərərlidir. Reallıq budur ki, suvarma sistemlərindən istifadə edərkən hopma, kənarlara daşma kimi israf halları daha çox baş verir.

Digər vacib bir məsələ isə mümkün qədər çox və irihəcmli su anbarları tikilməsinə nail olmaqdır. Bu su anbarları suya tələbatın pik həddə çatdığı vaxtlarda istifadə edilə biləcək yeganə ümid yerimizdir. İl boyu, soyuq havalarda bol sulu çaylarımız Xəzərə axır və şirinsu statusunu itirir. Bol sulu mövsümlərdə bu su həcmlərini su anbarlarında saxlamalıyıq ki, tələbatın maksimum vaxtlarında məişətdə və kənd təsərrüfatında istifadə edə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə