"Biz reyestrə şərti olaraq “Zəfər reyestri” adı qoymuşuq" - ƏƏSMN RƏSMİSİ
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” və Veteranlar haqqında” qanuna ediləcək dəyişikliyə əsasən, belə bir imkanımız olacaq ki, şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestrini yaradaq”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
“Biz reyestrə şərti olaraq “Zəfər reyestri” adı qoymuşuq. Şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları orada olacaq. Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın. Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestri ilin sonuna qədər tam formalaşdıracağıq” - deyə, B.Hüseynov bildirib. yap.org.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB