"Azərbaycan iqtisadiyyatında neftin rolu çox böyükdür" - DEPUTAT AÇIQLADI

"Azərbaycan iqtisadiyyatında neftin rolu çox böyükdür, çünki neft bizim milli sərvətimizdir". Bunu SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində konsorsium bağlandı və bizim neftimiz milli sərvətimizə çevrildi: "Prezident İlham Əliyevin neft strategiyası və bütövlükdə neft gəlirlərinin düzgün şəkildə ölkə iqtisadiyyatına yönəldilməsi, xüsusilə qeyri-neft sektoruna yönəldilməsi öz nəticəsini verdi. Dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına çox böyük təsir göstərir. Belə ki, birinci növbədə valyuta rezervlərimiz artır. Valyuta ehtiyyatlarının artması birinci növbədə dövlət büdcəsinin artması deməkdir. Yəni, bütövlükdə valyuta rezervləri, neft gəlirləri artırsa demək ki, büdcəmizin gəlirləri də artır. Büdcə gəlirləri artdıqda isə ilk növbədə sosial tədbirlərə istifadə olunur - əmək haqlarının artırılması təqaüdlərin, pensiyaların artmasına yönəldilir. Neftin dünya bazarında qiymətinin qalxması Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərir. Qonşu ölkələrin milli valyutaları dollar qarşısında sürətlə dəyər itirir. Bunun Azərbaycana təsiri nə qədərdir. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edir və dünya iqtisadiyyatının tərkib hissəsidir. Bizim partnyorlarımızda hansı tərzdə cərəyan edirsə, mütləq bu və ya digər formada öz təsirini göstərməlidir. Ölkə iqtisadiyyatının makro iqtisadiyyat dayanıqlılığın saxlanması istiqamətində artıq tam elmi əsaslara söykənən metodoloji baxımdan özünü doğruldan iqtisadi konsepsiya var. Xarici şoklar və dünya iqtisadiyyatında baş verən proseslərə qarşı ölkə iqtisadiyyatının daimi çıxış yolları var".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə