"Üç binanın açılışının olması..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Üç binanın açılışının olması..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"29 mayda cənab Prezident İlham Əliyev paytaxt Bakıda 8 noyabr metro stansiyasının, Suraxanı məhkəmə və İqtisadiyyat Nazirliyinin inzibati binaların açılışlarını etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bir gündə böyük maliyyə tutumu olan üç binanın açılışının olması ölkəmizin iqtisadiyyatının gücündən xəbər verir: "Birinci onu qeyd etmək istəyirəm ki, Zəfər gününün şərəfinə adlandırılmış 8 noyabr metro stansiyası insanların ictimai nəqliyyatda hərəkətinin rahatlığına xidmət edəcəkdir. Metro stansiyası inşa olunan ərazidə yaşayan insanların metronun xidmətlərindən istifadə etmək imkanları məhdud idi. Biz bilirik ki, metro ən rahat, təhlükəsiz və sərfəli nəqliyyatdır. Metro stansiyaların çoxalması və şəhəri əhatə etməsi paytaxt sakinləri üçün, o cümlədən qonaqlar üçün də rahatlıq deməkdir. Açılışı olmuş inzibati binalar isə bu binalarda çalışan işçilər üçün daha müasir iş şəraitinin yaradılması deməkdir. İş yerləri smart sistemlərlə təchiz olunur və bu, iş fəaliyyətinin effektivliyinin və operativliyinin artmasına xidmət edəcəkdir".

Deputat həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə müasir smart konsepsiyasına uyğun yaşayış məntəqələri yenidən qurulur: "Eyni zamanda paytaxtda və digər regionlarımızda da tikinti layihələri davam etdirilir. Əgər biz son 1,5 ili pandemiya şəraitində yaşadığımızı və 44 günlük Vətən Müharibəsini apararaq torpaqlarımızı işğaldan azad etdiyimizi nəzərə alsaq, dövlət büdcəsi qarşısında xərclərin çoxalmasına baxmayaraq ölkədə tikinti layihələrin davamlı xarakter alması aparılan iqtisadi siyasətin düzgün olduğunun göstəricisi hesab edirəm. Dövlətimiz hər şeyi xalq üçün edir və xalqımız da dövlətin gördüyü işləri yüksək dəyərləndirir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə