Ruslar əhaliyə satılan qazın qiymətini artırır

Ruslar əhaliyə satılan qazın qiymətini artırır

Rusiyada iyulun 1-dən etibarən əhaliyə satılan qazın təqribən 3 faizə qədər arta biləcəyi ehtimal edilir.

SİA-nın məlumatına görə, “İnterfaks” Agentliyi bu barədə Rusiya Federal Antiinhisar Xidmətinin əmr layihəsinə istinadən xəbər verir.

Qazın satış qiymətindəki artımın həm sənaye, həm də əhali üçün topdansatış qiymətlərinə aid ediləcəyini bildirən agentlik, dünənə qədər əhali üçün qazın qiymətinin, ənənəvi olaraq, sənaye qiymətindən 20 faiz aşağı olduğunu da diqqətə çatdırıb.

Verilən məlumata görə, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi hazırda yeni layihə üzərində işləyir.

Yeri gəlmişkən diqqətə çatdırmağı vacib bilirik ki, Rusiya kimi, zəngin qaz yatağına malik bir ölkənin əhali üçün qaz qiymətini artırması, təbii ki, əhalinin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu xəbəri yayan agentlik də bunu etiraf etmək məcburiyyətində qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə