Nazir müavini: “Catel” SDMA operatorunun mobil rabitə xidmətlərini nə vaxt bərpa edəcəyi məlum deyil”

Nazir müavini: “Catel” SDMA operatorunun mobil rabitə xidmətlərini nə vaxt bərpa edəcəyi məlum deyil”

Azərbaycanın "Catel" SDMA operatorunun mobil rabitə xidmətlərini nə vaxt bərpa edəcəyi məlum deyil. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, "Catel"dəki mövcud problemlərə baxmayaraq şirkətin telefon şəbəkəsinin bir hissəsinin - təqribən 20 min nömrənin işləməsi davam edir, burada bir ciddi problem yoxdur: "O ki, qaldı mobil hissəyə, burada olan problemlər həm "Catel"in, həm digər operatorların, həm də nazirliyin mütəxəssislərinin iştirakı ilə mütəmadi müzakirə olunur. Bizim də mövqeyimiz odur ki, xidmət edən şirkətlər nə qədər çox olarsa, o qədər yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə