İltimas Məmmədov: “2012-ci ilin sonuna Azərbaycanın telekommunikasiya peyki orbitə qaldırılacaq” - MÖVQE
"Peyk antenalarının istehsalı məsələsində işlər öz qaydasındadır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirinin (RİTN) müavini İltimas Məmmədov bildirib. O qeyd edib ki, layihədə nəzərdə tutulduğu kimi 2012-ci ilin sonuna qədər Azərbaycanın telekommunikasiya peyki orbitə qaldırılacaq.
Ermənistanın bu məsələ ilə bağlı ABŞ konqresinə müraciət etməsi məsələsinə də münasibət bildirən nazir müavini bildirib ki, belə müraciətlər çox ola bilər: "Ancaq biz öz işimizi görürük. Hazırda peykin istehsalında heç bir problem yoxdur. Bununla bağlı olaraq RİTN-nin rəhbəri Əli Abbasov ABŞ-da səfərdədir və bu məsələ ilə bağlı görüşlərdə iştirak edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB