Mayın 26-27-də Buxarestdə AGRI layihəsində iştirak edən ölkələrin – Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co. şirkətinin İdarə Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə AGRI LNG Co. şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramının və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaqdır. Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-nin vitse-prezidentinin müavini, AGRI LNG Co. şirkətinin İdarə Heyətinin üzvü Vitaliy Bəylərbəyov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB