Neftçi Ağa Qurban Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub - FOTO
Bu gün Beynəlxalq Muğam Mərkəzində əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi Ağa Qurban Əliyevin anAdan olmasının 100 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev ilk olaraq səbəbkarın yubileyinin keçirilməsi ilə bağlı prezidentin sərəncamını diqqətə çatdıraraq qeyd edib ki, A. Q. Əliyevin Azərbaycanda neft sənayesinin inkişafında xüsusi rolu olub.
R. Abdullayev vurğulayıb ki, A. Q. Əliyev neftçilər nəslinin ən görkəmli nümayəndələrindən biridir: "Vaxtında onun irəli sürdüyü konsepsiyalar əsasında hazırda bir çox neft və qaz yataqlarının kəşfində istifadə edilir".
Daha sonra ARDNŞ-nın I vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd edib ki, neft və qaz sənayesinin inkişafında misilsiz xidmətləri olan neftçilərimizin yubileylərinin təşkil olunması artıq ənənə halını alıb: "Prezidentimiz belə insanlara fəxri adların verilməsi və yubileylərinin təşkil edilməsini daim diqqət mərkəzində saxlayır".
X. Yusifzadə onu da bildirib ki, xalqımızın bu qeyri- adi oğlu iri neft yataqlarının kəşfi sahəsində inanılmaz uğurlar əldə edib: "Bu uğurlar əsasən onun 1949-cu ildə kəşf etdiyi və bütün dünyada məşhur olan Neft Daşlarıdır. "
Qeyd edək ki, tədbir iştirakçıları yubileyin davamında Ağa Qurban Əliyevin həyat və yaradıcılığı haqqında filmi izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB