Rövnəq Abdullayev: \"Azərbaycan Dövlət Neft Şirkəti gələn ay avrobondlar buraxacaq\" - AÇIQLAMA

Rövnəq Abdullayev: \"Azərbaycan Dövlət Neft Şirkəti gələn ay avrobondlar buraxacaq\" - AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) avrobondlar buraxmağa hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyun ayında şirkət Avropada 500 mln. manatlıq avrobond buraxacaq. Artıq Avropanın və dünyanın bir sıra aparıcı bankları bu avrobondlarla maraqlandıqlarını bildiriblər.

"Açığını deyim ki, ARDNŞ avrobondları maliyyə vəsaitlərinə ehtiyacı olduğuna görə buraxmır, şirkətin özünün kifayət qədər maliyyə vəsaiti var. Avrobondların buraxılması beynəlxalq reytinq almaq, şirkətin nüfuzunu yüksəltmək üçün lazımdır", - deyə R.Abdullayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə