"Qarabağ" yatağının taleyi necə olacaq? - SOCAR-dan açıqlama

SOCAR "Qarabağ" yatağının işlənməsi üzrə texniki detallarla bağlı yekun qərarı tez bir zamanda qəbul etməyə çalışır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bununla əlaqədar olaraq SOCAR və "Equinor" mütəxəssislərinin iştirakı ilə işçi qrup yaradılıb, fasiləsiz birgə iş aparılır.

"Əşrəfi-Dan ulduzu-Aypara" yatağına gəldikdə, İ.Əhmədov bildirib ki, bu layihə üzrə seysmik kəşfiyyat işlərinin nəticələri baxılması üçü "Equinor" mütəxəssislərinə təqdim olunub: "Bu nəticələr təsdiq olunandan və şirkət rəhbərliyinə təqdim olunandan sonra biz geniş ictimaiyyətə məlumat verəcəyik".

Qeyd edək ki, SOCAR və "Equinor" 2020-ci ilin martında Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə "Qarabağ" neft-qaz yatağının kəşf olunması faktını təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə