Mühəndislər cəmi bir lazer vasitəsilə saniyədə 26 terabitədək məlumat ötürmək imkanı verən super-sürətli texnologiya yaradıblar. SİA-nın məlumatına görə, bu cür sürətin köməyi ilə dünyanın ən iri kitabxanası olan ABŞ Konqresi Kitabxanasında saxlanılan bütün məlumatları rəqəmli şəkildə 10 saniyə ərzində ötürmək mümkündür.
Yeni işləmə reallaşdırılmış əsas texnologiyalardan biri "multipleksləşmə ilə tezlikli düzbucaqlı bölüşdürülmə", yəni şüanın bir neçə axın hissəsinə bölüşdürülməsi üsuludur. Bu axın hissələrindən hər biri öz məlumatlarına cavabdehdir və bu zaman şüanın özü heç bir hissəyə bölünmür.
Almaniyanın Karlsrue şəhərinin Texnologiya İnstitutunun fiziki Volhanq Froydenin sözlərinə görə, nəzəri olaraq onların işləmələrinin həcmini genişləndirmək mümkündür və texnologiya yalnız lazer qəbuledicilərinin imkanları ilə məhdudlaşır. "Laboratoriya şəraitində biz saniyədə 100 terabit sürətli məlumat ötürmə texnologiyasını yoxlamışıq", - deyə alman fiziki bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB