Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu AzTEST-lə əməkdaşlıq edəcək
23 may 2011-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq ilə görüş olub.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün əsas məqsədi iki qurum arasında sınaqlar və sertifikatlaşdırma sahəsində əməkdaşlığın qurulması, məlumat mübadiləsi, kadr hazırlığı və digər məsələlər olub. Komitə sədri Ramiz Həsənov ölkəmizdə iqtisadiyyatın və sahibkarlığın sürətli inkişafını, müasir istehsal texnologiyaları ilə təchiz edilmiş yeni təsərrüfat subyektlərinin yaradıldığını, keyfiyyətli və təhlükəsiz məhsul və malların istehsal həcminin artdığını qonaqların diqqətinə çatdırıb.
Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutunun prezidenti Ço Gi Sonq isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyaları ilə yaxından tanış olduğunu, burada yaradılan şəraitdən razı qaldığını deyib. Onun sözlərinə görə, burada yaradılmış şərait və kadr potensialı MDB ölkələri sırasında nümunə sayıla bilər. İkitərəfli münasibətlərin perspektivi haqqında danışan Ço Gi Sonq Azərbaycanda Cənubi Koreyanın qabaqcıl təcrübəsinin tətbiqi ilə bağlı əməkdaşlıq edəcəklərini və bu istiqamətdə layihələrin olacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB