Rusiya Dövlət Dumasının sədri Viaçeslav Volodin jurnalistlərə verdiyi açıqlamada ölkəsinin tədricən dollar asılılığından uzaqlaşdığını bildirib. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi çərçivəsində ikitərəfli ticarət-iqtisadi münasibətlərdə də milli valyutalara keçid sürətləndirilir.
SİA bu barədə rus mətbuatına istinad edir.
Avrasiya İqtisadi Birliyi daxilində milli valyutalarla hesablaşmaların 74 faizə qədər artdığına diqqət çəkən Volodinə görə, Rusiya tərəfi hazırda Çin və Türkiyə kimi ölkələrlə milli valyuta ticarətini inkişaf etdirir.
Dövlət Dumasının sədri artıq ötən ayın sonundan başlayaraq, Rusiyanın Milli Sərvət Fondunun valyuta quruluşunu dəyişdirdiyini bildirib. Beləliklə, bu sıraya 5 və 15 faiz paya sahib olan yapon yeni ilə Çin yuanı daxil edilib.
Amerika valyutası və Avroya gəlincə, onların payı 45 -dən 35 faizə endirilib. Funt sterlinqin payı isə 10 faiz səviyyəsində saxlanılıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienkon dolların hələ də dövriyyədə qalacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB