Növbəti özəlləşdirmə hərracı keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 2-də təşkil olunmuş növbəti hərracda 5 dövlət əmlakı özəlləşdirilib. Səhmdar cəmiyyəti və kiçik dövlət müəssisələri Bakı şəhəri, Sabirabad rayonu və Nefçala şəhərində yerləşir. SİA-nın xəbərinə hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/2Pm3xMo, https://bit.ly/2PydMO1, https://bit.ly/3bPqy1K)

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...