Rus iqtisadiyyatını gözləyən üç əsas risk

Rusiya iqtisadiyyatı üçün 2021-ci ildə xüsusi diqqət tələb edən əsas risklər sanksiyaların sərtləşdirilməsi, makro siyasətdəki tarazlıq və daxili siyasi dəyişkənlik olacaq.

SİA xarici mətbuata istinad edərək xəbər verir ki, bunu Amerikanın maliyyə bazarlarının analitik tədqiqatı ilə məşğul olan "S&P Global Ratings" şirkətinin mütəxəssisləri bildiriblər.

Maraqlıdır ki, şirkətin MDB ölkələrinin suveren reytinqləri üzrə aparıcı analitikinin sözlərinə görə, yeni koronavirus infeksiyası, karantin məhdudiyyətləri və ölkə səlahiyyətlilərə inamın aşınması Rusiyada maddi rifahın pisləşməsinə gətirib çıxara bilər. Təbii ki, bu da ölkədəki makro maliyyə göstəricilərinin balanssızlığına stimul yaradar. Maraqlıdır ki, şirkət mütəxəssisi güclü bir maliyyə ehtiyatına malik olan (bu təqribən 116 milyard ABŞ dollarından çoxdur) Rusiyanı onu gözləyən bu risklərdən yan keçə biləcəyini də istisna etmir.

ABŞ-ın təkrar bazarda Rusiyanın suveren borc alverinə qadağa qoymasını ehtimal etməyən şirkət mütəxəssisləri, Vaçinqtonun qlobal maliyyə sistemində dollardan silah kimi istifadə etməyə çalışmayacağını da istisna etməyiblər.

Yerı gəlmişkən, ötən gün ABŞ-ın alman şirkətlərini "Şimal axını 2" -yə qarşı yeni sanksiyalar paketinə daxil etməyəcəyi məlum olub. Bu o deməkdir ki, Rusiya qaz kəmərinin tikintisini dayandıra bilməyəcəyini başa düşən Vaşinqton buna görə də, simvolik tədbirlərdən yaxa qurtarmağa qərar verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə