Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

2020-ci ilin dekabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artıb. SİA bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,948 milyard, Azərbaycandan 1,102 milyard, İrandan 818 milyon kubmetr təşkil edib.

Noyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 56,4 faiz artıb, İrandan 4 faiz azalıb.

2020-ci ilin noyabrında Türkiyə 4,869 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,39 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...