“Brent” markalı neftin qiyməti son 13 ayda ilk dəfə olaraq 67 dolları keçib

Londonun ICE (Inter Continental Exchange Futures) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,8 faiz artaraq, 67,2 dollar təşkil edib. Satış meydanının Moskva vaxtı ilə saat 18.39-a (Bakı vaxtı ilə saat 19:39) olan vəziyyətinə dair rəqəmlər bunu göstərib.

SİA "TASS" agentliyinə istinadla xəbər verir ki, “Brent”in bir barrel üçün qiymətinin sonuncu dəfə 67 dolları keçməsi 2020-ci ilin yanvarında qeydə alınıb.

Moskva vaxtı ilə saat 19.52-yə (Bakı vaxtı ilə saat 20:52) olan vəziyyətə görə, “Brent” neftinin satış sürəti 2,36 faiz geriləyərək bir barrel üçün 66,91 dollar səviyyəsində təşkil edib. Eyni zamanda, “WTI” nefti 2,27 faiz bahalaşaraq, bir barrel üçün 63,07 dollara bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə