Azərbaycan Gürcüstana 575 milyon dollar ayıracaq

Azərbaycan Gürcüstana 575 milyon dollar ayıracaq

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 575 milyon dollar ayıracaq. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvili deyib. Onun sözlərinə görə, ayrılan vəsaitlər dəmiryolun Tetritskaro-Axalkalaki hissəsinin tikintisinə və bərpasına, Axalkalakidə dəmiryol vağzalının tikintisinə, eləcə də digər dəmiryol infrastrukturunun tikintisinə yönələcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə