Rusiyada, indi də, avtomobillər bahalaşır

Rusiyada növbəti bahalaşma avtomobillərin qiymətində gözlənilir. Belə ki, rusiyalı iqtisadçılar avtomobil qiymətlərindəki əsl “sıçrayış”ın baharın ilk ayında gözlənildiyini bildirirlər. SİA bu barədə rus mətbuatına istinad edir.

Maraqlıdır ki, analitiklər qiymətlərin davamlı artmasının avtomobillərin satış bazarına da mənfi təsir göstərəcəyinə şübhə etmirlər. Onların ehtimalına görə, rus istehsalı olan “LADA” ların model və avadanlıqlarına rəğmən qiymətinin 16-26 min rubl artacağı gözlənilir.

Fransız markası olan “Renault” avtomobilinin qiymətinin isə 8-47 min rubla yüksələcəyi istisna edilmir.

Bunlardan əlavə, modellərindən asılı olaraq, “Kia”, “Hyundai”, “Skoda”, “Volkswagen”, “Audi”, “Toyota”, “Lexus”, “Honda”, “Mazda”, “Infiniti” avtomobilinin də qiymətləri artacaq.

Qeyd edək ki, Almaniyanın BMW şirkəti martın 1-dən etibarən artıq modellərinin qiymətini artırmağı planladığını bəyan edib. Belə ki, bu şirkətiin bütün avtomobillərinin dəyəri mövcud qiymətə nisbətən təxminən 3.8 faiz artacaq

Qeyd edilməlidir ki, maraqlıda olsa, bəzi avtomobillər öz qorumağa cəhd edirlər, çünki istehsalçılar onu artırmağın mənasız olduğunu başa düşürlər. Əslində onlar belə bir artımın avtomobil satışında əhəmiyyətli bir azalma ilə nəticələnəcəyini yaxşı anlayırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə