Brent markalı neftin qiyməti 61 dolları keçdi

Brent markalı neftin qiyməti 61 dolları keçdi

London ICE birjasında Brent markalı neftin dəyəri 7 yanvar 2020-ci ildən bəri ilk dəfə bir barel üçün 61 dolları keçib. SİA kommersant.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, həmin marka neft artıq 61,35 dollar olub.

Məlumatda qeyd olunur ki, aprel Brent fyuçersləri 61,12 dollar (+ 3%) səviyyəsində ticarət olunur. Həmçinin bildirilir ki, WTI markalı xam neftin mart fyuçersləri də 2.8% artaraq 58.4 səviyyəsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə