Bitkoinin qiyməti ticarət sessiyasında təxminən 16 faiz bahalaşıb

Bitkoinin qiyməti ticarət sessiyasında təxminən 16 faiz bahalaşıb

Bitkoinin qiyməti ticarət sessiyasında 15,77% bahalaşaraq (Bakı vaxtı ilə saat 02:49-da) 45 min dollara yüksəlib.

SİA xəbər verir ki, bu barədə “CoinDesk” portalında dərc olunub.

Belə olan halda, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 02:52-yə olan məlumata görə, bitkoinin dəyəri 44 949 dollar (+15,64%) təşkil edib.

Bahalaşma “Tesla” şirkətinin bitkoin kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırması barədə xəbərlərin fonunda baş verib. Şirkət yaxın gələcəkdə öz məhsullarının ödənişi üçün bitkoindən istifadə edəcəyini planlaşdırdığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə