Sahibkarlara güzəştli kreditlər verilib

Sahibkarlara güzəştli kreditlər verilib

Sahibkarlara güzəştli kreditlərin verilməsi davam edir. SİA-nın məlumatına görə, bu gün Bakının Qardağ rayonunun Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına mədəniyyət mərkəzində sahibkarlara növbəti güzəştli kreditlər verilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İqtisadi İnkişaf Nazirliyinin (İİN) Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və həmin nazirliyin İnkişaf siyasəti şöbəsinin müdiri Zaur Qasımov və 300-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonu Səngəçal qəsəbəsindəki illik istehsalat gücü 160 min kub metr qazobeton bloklar olan \"AAC\" MMC-də və istehsal gücü 30 min ton əhəng istehsalı olan \"AS Kompani\" MMC-də aparılan son tamamlama işlərinə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan icra başçısı Süleyman Mikayılov deyib: \"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inişafına dair Dövlət Proqramı\"da Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlər Bakı qəsəbələrinin inkişafına təkan olacaq\".

Tədbirdə qeyd edilib ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 583 investisiya lahiyəsinin maliyyələşdirilməsinə 42,1 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 33 böyük və iri həcimli investisiya lahiyələrinin maliyyələşdirilməsinə 35,3 milyon manat və 550 kiçik həcmli investisiya lahiyələrinin maliyyələşdirilməsinə 6,8 milyon manat vəsait verilib.

Tədbirin davamında Fondun icraçı direktoru Şirzad Abdullayev və nazirliyin nümayəndəsi Zaur Qaımov sahibkarları maraqlandıran suallara cavab verib və tədbirin sonunda 20 sahibkarlıq subyektinə 1,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabında 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə